- İntizam və məsuliyyət — uşaqlar qaydalara əməl etməyi, müəllimə və rəqibə hörmət etməyi öyrənirlər.
- Özünəinam — yeni texnikaları öyrəndikcə və inkişaf etdikcə özlərinə güvənləri artır.
- Fiziki inkişaf — çeviklik, balans, koordinasiya, güc və dözümlülük inkişaf edir.
- Özünü müdafiə bacarığı — təhlükəli vəziyyətlərdə necə davranmağı öyrədir.
- Stress və enerjinin düzgün yönləndirilməsi — uşaqlar artıq enerjini sağlam şəkildə istifadə edir.
- Məğlubiyyət və qələbəni qəbul etmə — həm uduzmağı, həm də qalib gəlməyi düzgün qarşılamğı öyrənirlər.
- Telefon və kompüterdən uzaqlaşma — aktiv həyat tərzinə alışırlar.
- Dostluq və sosiallaşma — komanda ruhu və yeni dostluqlar yaranır.
Jigoro Kano cüdonu yaradanda məqsədi yalnız döyüş öyrətmək deyildi; o, insanın xarakterini və düşüncə tərzini inkişaf etdirməyi əsas hesab edirdi.
Qısa desək, cüdo uşağa yalnız idman deyil, həyat üçün faydalı xarakter və davranış vərdişləri qazandırır.

