Gəncə şəhərində keçirilən Cüdo üzrə məşqçilər seminarında və imtahanda iştirak edərək müvafiq sertifikatların əldə olunması Şəmkirdə Cüdo idman növünün inkişafı və daha geniş şəkildə təbliği istiqamətində mühüm addımlardan biridir.
Bu seminar və imtahan vasitəsilə əldə olunan yeni bilik və təcrübələrin Şəmkirdə gənc idmançılara ötürülməsi, məşq prosesinin daha peşəkar səviyyədə qurulması və Cüdoya olan marağın daha da artırılması əsas məqsədlərimizdəndir.
Şəmkirdə Cüdonun təməli artıq qoyulub. Qarşıdakı mərhələdə əsas hədəfimiz bu təməl üzərində sağlam, peşəkar və davamlı bir Cüdo sistemi formalaşdırmaq, yeni istedadları üzə çıxarmaq və Şəmkiri Cüdo xəritəsində layiqli şəkildə təmsil etməkdir.
İnanırıq ki, görülən işlər, əldə olunan biliklər və yaradılan imkanlar Şəmkirdə Cüdonun gələcək inkişafına böyük töhfə verəcək.
Cüdo bizim üçün yalnız idman deyil – intizam, xarakter, hörmət və sağlam gələcəkdir.
Cavadbəyli Anar Şəmkirdə Cüdonun inkişafı istiqamətində fəaliyyət göstərən məşqçi