Yarışın əsas məqsədi gənc idmançıların yarış təcrübəsinin artırılması, idman ruhunun möhkəmləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması idi. Turnir boyunca iştirakçılar yüksək əzmkarlıq, intizam və idman etikası nümayiş etdirərək maraqlı və gərgin qarşılaşmalar təqdim etdilər.
Yarışın sonunda fərqlənən idmançılar öz nailiyyətlərinə görə medal və diplomlarla təltif olundular.
Scorpion Jiu-Jitsu Grappling Academy olaraq turnirin təşkilində əməyi olan hakimlərə, məşqçilərə, valideynlərə və bütün iştirakçılara təşəkkür edir, idmançılarımıza gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.
Birlikdə daha güclü, birlikdə daha peşəkar!







