Bu təyinatın əsas məqsədi akademiyada daxili intizam qaydalarının daha səmərəli tətbiq olunması, idmançılar arasında məsuliyyət, nizam-intizam və etik davranış prinsiplərinin möhkəmləndirilməsi, məşq prosesinin yüksək təşkilati səviyyədə həyata keçirilməsi və sağlam idman mühitinin qorunub saxlanılmasıdır.
Rəksanə xanımın fəaliyyəti çərçivəsində idmançılar, məşqçilər və valideynlərlə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, akademiyanın daxili qaydalarına riayət olunmasına nəzarətin artırılması, yaranan intizam məsələlərinin operativ və obyektiv şəkildə həll edilməsi nəzərdə tutulur.
Bu təyinat eyni zamanda akademiyanın korporativ dəyərlərinə, peşəkarlıq prinsiplərinə və idman etikası standartlarına uyğun fəaliyyətin daha da inkişaf etdirilməsinə xidmət edir. Akademiya rəhbərliyi əmindir ki, Həsənova Rəksanə xanımın peşəkar fəaliyyəti nizam-intizamın möhkəmlənməsinə, idmançıların inkişafına və akademiyanın uğurlarının artırılmasına mühüm töhfə verəcəkdir.

