Academiyamızın növbəti kəmər imtahanı uğurla keçirilmişdir.
İmtahan Gəncə MMA Center Məktəbinin BJJ bölməsində, academiyamızın nümayəndəsi Əliyev Əjdərin rəhbərliyi ilə baş tutmuşdur.
İmtahanın nəticələrinə əsasən idmançılarımız öz bilik, bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirərək növbəti kəmər dərəcələrinə yüksəlmişlər.
Bu münasibətlə bütün idmançılarımızı səmimi qəlbdən təbrik edir, onlara gələcək yarışlarda və idman fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Təbrik edirik və uğurlarınızın davamlı olmasını diləyirik!
Scorpion Jiu Jitsu Grappling Academy rəhbərliyi adından.






