Yazı naviqasiyası “Akademiyamızın idmançısı Əsgərov Hüseyn həm təhsil sahəsində, həm də idmanda göstərdiyi yüksək nailiyyətlərlə hər kəsə nümunə olur. O, dərslərində əldə etdiyi uğurlarla yanaşı, idman sahəsində də əzmkarlığı, intizamı və peşəkarlığı ilə seçilir. Akademiyamız olaraq, Hüseynin qazandığı uğurlarla qürur duyur, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.” “Akademiyamızın cüdo bölməsinin idmançısı Hüseynova Nilgün Qazax şəhərində keçirilən zona birinciliyində cüdo idman növü üzrə uğurla çıxış edərək qızıl medal qazanmış və Respublika Çempionatına vəsiqə əldə etmişdir. Nilgün göstərdiyi əzm, intizam və yüksək hazırlıq səviyyəsi ilə akademiyamızı layiqincə təmsil etmişdir. Akademiyamız adından Hüseynova Nilgünü ürəkdən təbrik edir, gələcək yarışlarda ona daha böyük uğurlar arzulayırıq.”