Bakıda keçirilən və sərhədçi idmançılarının mübarizə apardığı Sərhədçi İdman Mərkəzində təşkil olunan qrapplinq üzrə ölkə birinciliyində SCORPION JIU JITSU GRAPPLING ACADEMY komandası uğurlu çıxışı ilə yadda qalmışdır.
Yarışda ölkənin müxtəlif bölgələrindən ümumilikdə 300 idmançı iştirak etmiş, gərgin və maraqlı görüşlər baş tutmuşdur. Komandamızın idmançıları yüksək hazırlıq nümayiş etdirərək aşağıdakı nəticələri əldə etmişlər:
Hüseyn Əsgərov – III yer
Əli Hacıyev – II yer
Raul Məmmədov – II yer
Ömər Bayramov – II yer
Tuncay Məmmədli – III yer
Turan İsmayılov – III yer
İdmançılarımızı qazandıqları nailiyyətlər münasibətilə təbrik edir, gələcək yarışlarda onlara daha böyük uğurlar arzulayırıq. Bu nəticələr komandamızın əzmkarlığının, peşəkar hazırlığının və qrapplinq idman növünün inkişafına verdiyi töhfənin göstəricisidir.
SCORPION JIU JITSU GRAPPLING ACADEMY rəhbərliyi adından bütün medalçıları və onların məşqçilərini təbrik edir, yeni qələbələrin davamlı olmasını arzulayırıq. 🏆🥋