Gəncədə keçirilən cüdo turnirindən möhtəşəm nəticə!

Gəncə şəhərində keçirilən cüdo üzrə turnirdə iştirak edən Şəmkir Cüdo Məktəbinin idmançıları uğurlu çıxış edərək yüksək nəticələrlə doğma Şəmkirə qayıdıblar.

Məktəbi təmsil edən 6 idmançıdan 2-si qızıl, 4-ü isə gümüş medal qazanaraq komandanın əzmkarlığını və hazırlıq səviyyəsini bir daha nümayiş etdiriblər.

Bu əlamətdar uğur münasibətilə bütün idmançılarımızı, məşqçilərini və onların ailələrini ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq!

Şəmkir Cüdo Məktəbinə yeni-yeni zəfərlər diləyirik! 🥋🏅

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MARAQLI

Translate »