Əziz jiu-jitsu və grappling həvəskarları,
Klubumuzun yeni layihəsi olan “Scorpion Schoolboy Turniri” rəsmi olaraq fəaliyyətə başlayır. Bu təşəbbüsün əsas məqsədi ölkəmizdə idman kütləviliyinin inkişafına töhfə vermək, gənc idmançıların yarış təcrübəsini artırmaq, onların texniki və psixoloji hazırlığını daha da gücləndirməkdir.
Layihə çərçivəsində keçiriləcək turnirlər iştirakçılara rəqabət mühitində öz bacarıqlarını nümayiş etdirmək, təcrübə qazanmaq və gələcək böyük yarışlara daha hazırlıqlı şəkildə qatılmaq imkanı yaradacaq.
Scorpion Schoolboy Turniri təkcə bir yarış deyil, həm də gənc idmançıların inkişafına yönəlmiş uzunmüddətli idman platformasıdır. Qarşıdakı dövrlərdə bu turnirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur və layihə daha geniş iştirakçı kütləsini əhatə edəcək.
Bütün idmançıları, məşqçiləri və valideynləri bu təşəbbüsü dəstəkləməyə və turnirlərdə fəal iştirak etməyə dəvət edirik.
Birlikdə daha güclü, daha peşəkar və daha uğurlu idman gələcəyi qururuq! 🦂🥋🏆



