Bu gün akademiyamızda idmançılarımızın rəsmi kəmər imtahanı və dərəcə yoxlanışı yüksək səviyyədə təşkil olunaraq uğurla başa çatdı.
İmtahan zamanı akademiyanın təsisçisi və baş məşqçisi Cavadbəyli Anar, həmçinin akademiyamızın müəllimi Elvin Məşimov idmançılarımızın çıxışlarını peşəkar şəkildə qiymətləndirmişlər.
İdmançılarımız nümayiş etdirdikləri intizam, əzm, texniki hazırlıq və döyüş ruhu ilə növbəti dərəcələrə layiq olduqlarını bir daha sübut etdilər. Hər bir idmançımızın inkişafı və əldə etdiyi nəticələr akademiyamız üçün böyük qürur mənbəyidir.
Yeni kəmər və dərəcə qazanan bütün idmançılarımızı ürəkdən təbrik edir, gələcək yarış və imtahanlarda onlara daha böyük uğurlar arzulayırıq.
Bu uğurda əməyi olan məşqçilərimizə və daim dəstək göstərən valideynlərə təşəkkür edirik.













