UEFA Çempionlar Liqasında “Napoli”yə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
“Rəqibi təbrik edirəm. Öz oyunumuza gəldikdə isə, məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə apardılar. rəqibdən çəkinmədilər, cəsarətli oyun göstərdilər. Belə davam etməliyik. Biz hər oyundan həzz almalıyıq.”
– Konteni çox yaxşı tanıyırsınız. Nələr gözlədiyiniz kimi olmadı?
– Hər şey düşündüyümüz kimi idi. Lakin, 1-ci qoldan öncə oyunçu dəyişikliyi edəndə 5-li müdafiədən 4-lüyə keçiddə biraz çətinlik yaşadıq. Həmin vaxt da oyunun taleyi həll olundu. Bəsit qollar buraxdıq. İrad bildirəsi epizodlar deyildi.
– Sizcə, Medinanın zədələnərək oyunu tərk etməsi görüşün taleyini həll etdimi?
– Gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr biraz problem yarada bilər. Təbii ki, Medinanın oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi.
